​Azərbaycan nefti yenidən bahalaşıb | Banco.az

​Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,94 dollar yaxud 2,46% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,21 dollara bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.