Azərbaycan MDB ölkələri arasında liderdir | Banco.az

Azərbaycan MDB ölkələri arasında liderdir

Azərbaycan rəqabətə davamlılıq indeksinə görə artıq altı ildir ki MDB ölkələri arasında liderdir.

Xəbərdə deyilir ki, daha sonra Qazaxıstan (50-ci yer), Rusiya (51-ci yer), Gürcüstan (69-cu yer), Ermənistan (85-ci yer), Ukrayna (76-cü yer) və s. yer alıb.

Bildirək ki, Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 144 ölkə arasında 38-ci olub.
Ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini bir pillə yaxşılaşdırıb ki, bu da ölkədə aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir.
UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan ilk 10-luğa daxil olaraq 9-cu pillədə qərarlaşıb.
Hesabata görə, əmək bazarının effektivliyinə görə, Azərbaycan 33-cü yerdə mövqe tutur.
İnnovasiya potensialının göstəricilərinə görə, Azərbaycan 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə 60-cı yeri tutur.
Gün.Az

Ən sərfəli kredit üçün müraciət et