Banco.az-ın Bakı Fond Birjasına (BFB) istinadən verdiyi məlumata əsasən, 28 sentyabr 2017-ci il tarixində Azərbaycan İpoteka Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu |
AZ2021008688 |
Emissiya həcmi |
25 000 000 AZN |
Nominal qiyməti |
1000 АZN |
Hərrac qiyməti |
1001,67 AZN |
İstiqrazların tədavül müddəti |
18 il (6480 gün) |
Faiz dərəcəsi |
3 % |
Faiz gəlirinin ödəniş müddəti |
6 aydan bir (180 gün) |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.