Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla ABŞ-nin ticarət dövriyyəsi bu ilin birinci yarısında 436 milyon 484 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 184,2 milyon dollar və ya 73% çoxdur.
Hesabat dövründə Azərbaycan ABŞ-dən 272 milyon dollarlıq (24,8 milyon dollar və ya 10,1% çox) məhsul idxal edib. Azərbaycanın ABŞ-yə ixracı isə 164,5 milyon dollara (159,3 milyon dollar və ya 31,8 dəfə çox) bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!