Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin yanvar-fevral aylarında Gürcüstana 42 milyon 946 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 21 milyon 749 min dollar və ya 33,6% azdır.
Ötən ilin eyni dövründə Gürcüstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 64 milyon 695 min dollar təşkil edib.
Hesabat dövründə bu ölkə Azərbaycanın üçüncü əsas qeyri-neft idxalçısı olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (154 milyon 401 min dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!