Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 155 ölkə arasında 48,41 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb. Reytinqdə Azərbaycanın yeri yanvar ayı ilə müqayisədə dəyişməz qalıb.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 183 ölkə arasında 115-ci yerdə qərarlaşıb. Burada Azərbaycan 3 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 37,32 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!