Azərbaycan Dövlət Neft və Sənaye Universiteti SOCAR-la əməkdaşlıq etmək istəyir | Banco.az

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti SOCAR-la əməkdaşlıq etmək istəyir

 Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 10 min tələbə təhsil alır və son illər tələbələrin sayı 2 000 nəfər artıb.

Bunu Universitetin rektoru Mustafa Babanlı bildirib.

Rektor qeyd edib ki, əmək bazarında məzunların hamısının işlə təmin olunması üçün problem yaransa da tədrisin keyfiyyətinin artırılması ilə qısa zamanda buna nail olunacağına inanırlar. Onun sözlərinə görə, Universitet istehsalatla əlaqə qurmaq niyyətindədir. Rektor həmçinin SOCAR-la da əməkdaşlıq etmək niyyətində olduqlarını əlavə edib. Onun sözlərinə görə, gələcək əməkdaşlıq üçün hazırda SOCAR-la müzakirələr aparılır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az