Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin yanvar-fevral aylarında Türkmənistana 12 milyon 91 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 3 milyon 323 min dollar və ya 21,6% azalıb.
Ötən ilin eyni dövründə Türkmənistana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 15 milyon 414 min dollar təşkil edib.
Hesabat dövründə bu ölkə Azərbaycanın altıncı əsas qeyri-neft idxalçısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!