Azərbaycan bu il Yunanıstana ixrac edəcəyi qazın həcmini açıqlanıb | Banco.az

Azərbaycan bu il Yunanıstana ixrac edəcəyi qazın həcmini açıqlanıb

Bu ilin sonuna Azərbaycan Yunanıstana 1,2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Bunu nazir Pərviz Şahbazov bu gün keçirilən Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.

Onun sözlərinə görə, ötən il Yunanıstanın qaza tələbatının təxminən 18 %-i məhz Azərbaycanın "mavi yanacağı" hesabına təmin edilib.

P. Şahbazov bildirib ki, Avropaya 3,5 il ərzində tədarük edilən 36,8 milyard kubmetr qazın 3,6 milyard kubmetrdən çoxu və ya 10 %-i Yunanıstanın payına düşüb.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et