Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ilin birinci yarısında 76,6 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti illik müqayisədə 50,3 milyon manat və ya 2,9 dəfə artıb.
Məlumata görə, bu ilin 1 iyul tarixinə BOKT-ların aktivləri 854 milyon manat olub. Bu da illik müqayisədə 239,8 milyon manat və ya 39% çoxdur.
Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 33,4% artaraq 479,9 milyon manata, balans kapitalı isə 47% artaraq 374,1 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!