Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilən əmanətlərin ümumi həcmi bu ilin avqustun 1-nə 1,593 mlrd. manat təşkil edib.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, iyulda əhalinin bankdakı əmanətlərinin həcmi 50 mln. manat artıb.
Eyni zamanda, ABB-nin məcmu depozit portfeli bir ay ərzində 344 mln. manat artaraq, 2014-cü il avqustun 1-nə 3,478 mlrd. manat təşkil edib.
APA