Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan ötən 2 ayda (yanvar-fevral) ABŞ-yə 9 milyon 148 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri 455 milyon 26 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı Rusiya (154 milyon 401 min) olub. Türkiyə (97 milyon 296 min dollar) ikinci, Gürcüstan (42 milyon 946 min dollar) isə üçüncü olub.
Bizi sosial şəbəkələrdən izləyin!!