Azərbaycan 2 ayda meyvə-tərəvəz ixracından 100 mln. dollar gəlir əldə edib | Banco.az

Azərbaycan 2 ayda meyvə-tərəvəz ixracından 100 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan ötən 2 ayda (yanvar-fevral) 99 milyon 481 min dollar dəyərində 87 min 71 ton meyvə-tərəvəz ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 24,6% (19 milyon 630 min dollar), miqdarı isə 28,1% (19 min 53 ton) artıb.

2023-cü ilin eyni dövründə Azərbaycandan 79 milyon 851 min dollar dəyərində 68 min 18 ton meyvə-tərəvəz ixrac edilib. 

Qeyd edək ki, 2024-cü ilin ilk 2 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,86%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram