Azər Türk Bank Korporativ Bankçılıq Departamentinin Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis vakansiyasını elan edir.
Namizədə olan tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə)
- Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində iş təcrübəsi arzuolunandır
- Səlis Azərbaycan dili, yaxşı Rus və İngilis dili biliyi
- MS Office proqramlarından istifadə bacarığı
- Fərqli satış texnikalarını bilmək
- Biznes analizi və maliyyə təhlili aparmaq bacarığı
- Yüksək ünsiyyətqurma, dinləmə, təqdimat və vaxtı idarəetmə bacarıqları
- Komanda tərkibində işləmək qabiliyyəti
- Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq
- Yeni bilik və təcrübələri mənimsəməyə həvəsli olmaq
Vəzifə öhdəlikləri
- Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasında iştirak
- Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək
- Müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək
- Yeni kredit məhsulu və xidmətlərinin yaradılması üzrə təkliflər vermək.
CV-lərinzi atb.az saytının Karyera bölməsinə keçid edib və ya vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!