AYİB Azərbaycan üçün iqtisadi artım proqnozunu 3,5 faiz səviyyəsində saxlayıb | Banco.az

AYİB Azərbaycan üçün iqtisadi artım proqnozunu 3,5 faiz səviyyəsində saxlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım sürəti üzrə proqnozu dəyişməyib və onu 3,5 faiz səviyyəsində saxlayıb.
Məlumatına görə, bu barədə bankın yayılmış "AYİB-in əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər" adlı hesabatında deyilir. Sonuncu hesabat ötən ilin oktyabrında dərc edilmişdi.
2013-cü ildə Azərbaycan ÜDM-in real artımı 5,8 faiz, qeyri-neft sektoru ÜDM-in artımı isə 9,8 faiz olub.Ötən ilin yekunları üzrə ölkənin ÜDM-i 57 milyard manatadək artıb.
Hesabatda deyilir: "Azərbaycan iqtisadiyyatının artımı 2013-cü ildə sürətlənib ki, bu da seçkiqabağı maliyyə və pul-kredit stimullarından irəli gəlib. 2013-cü ildə neft hasilatı iki illik azalmadan sonra sabitləşdirilib, halbuki dövlət xərclərinin artırılması və kredit vermənin genişləndirilməsi sayəsində qeyri-neft sektoru, demək olar ki, ikirəqəmli templərlə artıb. 2014-cü ildə qeyri-neft birləşdirilmiş büdcə kəsirinin ixtisarı yolu ilə stimullaşdırmanın saxlanmasına dair hökumətin planları potensial olaraq bu il iqtisadiyyatın 3-4 faiz civarında artımına gətirib çıxara bilər".

Ən sərfəli kredit üçün müraciət et

milli.az