Avtomobillərin könüllü sığortası bazarı "doyub"? | Banco.az

Avtomobillərin könüllü sığortası bazarı "doyub"?

Son bir ildə Azərbaycanda avtomobillərin könüllü sığortası növü üzrə sığorta haqlarının artımı cüzi olub. 

Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin 2013-cü ildə ölkənin sığorta bazarı üzrə açıqladığı məlumatlardan məlum olur. Xidmətin məlumatına görə, 2013-cü ildə avtomobillərin könüllü sığortası üzrə 56 mln. 859 min 149,7 manat sığorta haqqı toplanıb ki, bu da 2012-ci ilə nisbətən cəmi 155 min manat və ya 0,3% artıqdır.

Ən sərfəli kredit üçün müraciət et

Əvəzində ötən il avtomobillərin sığortası üzrə sığorta ödənişlərinin həcmində ciddi artım baş verib. 2013-cü ildə bu sığorta növü üzrə ödənişlər 27 mln. 960 min 197 manat təşkil edib ki, bu da 2012-ci ilə nisbətən 5,1 mln. manat və ya 22,4% artıqdır.

fins.az