Atlassian kompaniyasının müştəriləri arasında - NASA, SpaceX və Airbnb kimi şirkətlər var.
May Kennon-Bruks və Skott Farkuxar – korporativ proqram şirkəti olan Atlassianın həmtəsisçiləridir. Hələ ki, çoxları Atlassianı tanımır. Buna rəğmən, bu şirkətin yaxşı tanınmış müştərilərinin sayı az deyil, onların sırasında Tesla, SpaceX, Spotify şirkətləri və “The Ivy League”-dan olan universitetlər daxildir.
Atlassian — Jira proqram təminatının tərtibatçısıdır – sözü gedən tətbiq (proqram) PT hazırlanması və tərtibatçılarının səhvlərini izlənməsini mümkün edir. Həmçinin Avstraliya kompaniyasına Cenqua proqram təminatının tərtibtçısı, Trello layihələrin idarə edilməsi servisi və s daxildir.
Oktyabrın 19-da Atlassian yeni maliyyə ilinin ilk rübünün nəticələrini açıqlayıb. Bu məlumatlara əsasən, şirkətin gəlirləri illik ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 42% artıb.Müştərilərin sayı isə 100 000-i ötüb.
Bunun ardınca şirkətin səhmləri 25% bahalaşıb, Atlassianın kapitalizasiyası isə ilk dəfə 10 mlrd dolları üstələyib.
Təxminən biznesin beşdə üç hissəsi Kennon-Bruksi farkuara aiddir. Fobesin məlumatına əsasən, onlardan hər birinin sərvəti sutkalar ərzində 700 mln dollar artıb və 3,5 mlrd dollara çatıb.