Müəllif: Tamara Mustafayeva, Banco.az
2023-cü ilin sonuncu ayında Avrozonada pərakəndə satışlar azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) dekabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə pərakəndə satış məlumatlarını dərc edib.
Məlumatlara görə, Aİ-də pərakəndə satışlar dekabr ayında əvvəlki ayla müqayisədə 1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 faiz azalıb.
Avrozonada pərakəndə satışlar dekabrda noyabr ayı ilə müqayisədə 1,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,8 faiz azalıb.
Aİ ölkələri arasında dekabr ayında əvvəlki aya görə pərakəndə satışlarda ən böyük azalma 3,6 faiz ilə Sloveniya, 3,2 faiz ilə Danimarka və 3,1 faiz ilə Lüksemburqda müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!