Müəllif: Tamara Mustafayeva, Banco.az
Mart ayında Avrozonada işsizlik sabit qalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın mart ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.
Məlumatlara görə, Aİ-də fevral ayında 6,1 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti mart ayında 6 faizə geriləyib.
Avrozonada isə fevral ayında 6,5 faiz olan işsizlik mart ayında dəyişməz qalıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə işsizlik səviyyəsi Avrozonada 6,6 faiz, Aİ-də isə 6 faiz idi.
Ölkələr üzrə nəzər saldıqda isə görünür ki, mart ayında işsizlik nisbəti İspaniyada 11,7 faiz, Yunanıstanda 10,2 faiz, İsveçdə 8,3 faiz, Finlandiyada 7,8 faiz, Fransada 7,3 faiz və İtaliyada 7,2 faiz hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!