Avrozonada illik inflyasiya proqnozları üstələyib | Banco.az

Avrozonada illik inflyasiya proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada İstehlak Qiymətləri İndeksi (CPI) iyul ayında proqnozlardan çox artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) iyun ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Avrozonada CPI iyul ayında illik 2,6 faiz artıb. İyun ayında 2,5 faiz artım qeydə alınmışdı.

Bununla yanaşı, Avrozonada CPI iyul ayında aylıq müqayisədə dəyişməz qalıb. İyun ayında 2 faiz artım reallaşmışdı.

Bazar proqnozları iyul ayında illik 2,5 faiz artım, aylıq 0,1 faiz azalma istiqamətində idi.

Qida və enerji kimi dəyişən komponentləri istisna edən baza inflyasiya üçüncü aydır ki, 2,9 faiz səviyyəsində qalıb. İqtisadçılar cüzi azalma proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, region ölkələrində illik inflyasiyanın artması Avropa Mərkəzi Bankını (ECB) faiz dərəcələrini daha da aşağı salmaqla bağlı narahat edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram