Müəllif: Gülnar Əhmədli, Banco.az
Yeni bir ölkəyə köçmək çətin ola bilər, xüsusən də yerli dili bilmirsinizsə. İngilis dili dünyada ən çox yayılmış ikinci dil olduğundan insanlar yerli dili öyrənməkdənsə, ingiliscə öyrənməyə üstünlük verirlər. Bəs, Avropanın harasında ingilis dilində danışan yerli əhali sizi daha asan başa düşə bilər?
Hansı Avropa ölkələrində daha yaxşı ingiliscə danışılır?
Hər il Education First (EF) təhsil şirkəti özünün "İngilis Dili Bilik İndeksində" (EPI) ingilis dilində danışmaq üçün ən yaxşı və ən pis ölkələrin siyahısını açıqlayır.
2022-ci ildə EF-nin "Standart İngilis Dili Testləri"ndə iştirak etmiş 2,2 milyon yetkin şəxsin nəticələrini təhlil edilib və hər bir ölkəyə 800 bal arasından reytinq verilib.
Ötən il olduğu kimi, Niderland yenidən 647 xalla birinci yeri tutub və həm Avropada, həm də qlobal miqyasda 113 ölkə arasında ikinci dil kimi ingilis dilində ən yaxşı nəticə göstərən ölkə olub.
İlk 15 Avropa ölkəsinin siyahısı belədir:
1. Niderland - 647
2. Sinqapur - 631
3. Avstriya - 616
4. Danimarka - 615
5. Norveç - 614
6. İsveç - 609
7. Belçika - 608
8. Portuqaliya - 607
9. Cənubi Afrika - 605
10. Almaniya - 604
11. Xorvatiya - 603
12. Yunanıstan - 602
13. Polşa - 598
14. Finlandiya - 597
15. Rumıniya - 596
Bizi sosial şəbəkələrdən izləyin!!