Avropada inflyasiya aşağı düşüb | Banco.az

Avropada inflyasiya aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada illik inflyasiya ötən ay 2,4 faizə düşüb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) mart ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Avrozonada fevral ayında 2,6 faiz olan illik inflyasiya mart ayında 2,4 faizə geriləyib.

Mart ayında CPI aylıq isə 0,8 faiz təşkil edib.

Bazar proqnozları mart ayında Avrozonada illik inflyasiyanın 2,4 faiz, aylıq inflyasiyanın isə 0,8 faiz olacağı istiqamətində idi.

Mart ayında Avrozonada baza inflyasiyası illik 2,9 faiz, aylıq da 1,1 faiz səviyyəsində hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda görünür ki, illik ən yüksək inflyasiya 1,76 faiz ilə xidmətlər sektorunda olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram