Avropada əhalinin sayı artıb | Banco.az

Avropada əhalinin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi 2024-cü ildə 449,2 milyon nəfər hesablanıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 1 yanvar 2024-cü il tarixinə Avropa İttifaqı (Aİ) ölkələrinin əhali məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, 2023-cü ilin əvvəlində 447,6 milyon olan Aİ-yə üzv 27 ölkənin ümumi əhalisi 2024-cü ildə 449,2 milyona yüksəlib.

Almaniya 83,4 milyon əhalisi ilə Aİ-nin ən çox əhalisi olan üzvü olub. Onu Fransa (68,4 milyon), İtaliya (59 milyon), İspaniya (48,6 milyon), Polşa (36,6 milyon), Rumıniya (19 milyon), Hollandiya (17,9 milyon) və Belçika (11,8) milyonla izləyib.

Aİ-də ən az əhalisi olan ölkələr isə 563 min nəfərlə Malta və 672 min nəfərlə Lüksemburq olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, Aİ-nin əhalisinin artması Kovid-19 pandemiyasından sonra immiqrasiyanın artması və Rusiya-Ukrayna müharibəsi nəticəsində Aİ ölkələrində müvəqqəti qoruma statusu alan ukraynalılar ilə əlaqədar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram