Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz nisbətlərində və qiymətli kağız alışı proqramında dəyişikliyə getmədi, ən erkən 2019-cu ilin yayına qədər faizləri dəyişdirməyəcəyini təkrarladı.
Bank əsas pul siyasəti faizini (uçot dərəcəsi) sıfırda, əmanət faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb. Bank, qiymətli kağızların alışını Dekabrın sonunda dayandıracağını təsdiq edib.
AMB ən tez 2019-cu ilin yayına qədər faizləri dəyişdirməyəcəyi ritorikasını təkrarlayıb.
Bank İyun ayında faizlərin ən azı 2019-cu ilin yayına qədər ultra aşağı səviyyələrdə qalacağını bildirmişdi.
Bir qədər sonra AMB Sədri Mario Draghi-nin mətbuat konfransı başlayacaq.
Marja.az