Avropa banklarının Unibankda payı artıb | Banco.az

Avropa banklarının Unibankda payı artıb

Unibankın səhmdarlarının pay bölgüsü dəyişib. Banco.az Unibankın rəsmi saytına istinadən bildirir. Pay bölgüsündə dəyişiklikdən sonra, AYİB və DEG investisiya şirkətinin bankdakı payı artıb ki, bunu da bankın gələcəyi üçün müsbət bir addım kimi qiymətləndirmək olar. ​

Bankın rəsmi saytından bəlli olur ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Bankdakı səs hüququ verən səhmlərdəki payı öncəki 68%-dən 46%-ə enmişdir. Zemfira Cəfərovanın isə səs hüquqlarında payı isə 3%-ə yaxındır.

Daha ətraflı şəkildə səs hüququ verən adi səhmlərdə pay bölgüsünü diaqramdan izləyə bilərsiniz 

 

 

Ən sərfəli kredit üçün müraciət et

Daha öncəki pay bölgüsü

Rezidentlər:  

  • Qəribov Eldar Mahmud oğlu - 68,3384% (nizamnamə kapitalında payı - 56,91%)
  • Cəfərova Zemfira Mirzə qızı - 5,5000% (nizamnamə kapitalında payı - 4,41%)
  • Minoritar səhmdarlar - 2,6768 %  (nizamnamə kapitalında payı - 2,42%)

Qeyri-rezidentlər:

  • Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 15,1515 % (nizamnamə kapitalında payı -12,15 %)
  • Almaniya İnvestisiya Şirkəti (DEG)  - 8,3333 %   (nizamnamə kapitalında payı -6,68 %)