Avro manata qarşı bahalaşıb | Banco.az

Avro manata qarşı bahalaşıb

Bu gün yanvarın 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 19-da olduğu kimi 1,6028 manat olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 19-da  USD/AZN rəsmi məzənnəsini yanvarın 21-i üçün 1,6028 səviyyəsində müəyyən edib.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,04% və ya 0,0007 manat artaraq 1,7458 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,48% azalaraq  0,0197 manata düşüb.