Avqustda bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA | Banco.az

Avqustda bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA

Cari ilin avqust ayında Azərbaycanda fəaliyyət göstərən 5 bankda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.

Ötən ay “Bank Avrasiya”da nağd kreditlər üzrə faiz dərəcəsi 25%-dən 20%-ə, lombard – 27%-dən 26%-ə, kiçik və orta biznes – 20%-dən 18%-ə salınıb.

Hesabat ayında nağd kreditlər üzrə dərəcələr həmdə “BTB Bank”da 20%-28%-dən 18%-26%-ə, "Expressbank”da 19%-29%-dən 17%-29%-ə endirlib. “Bank VTB Azərbaycan” kiçik və orta biznes kreditləri üzrə faiz dərəcəsini 16%-dən 14%-ə kimi azaldıb.

“Bank Respublika”da təhsil kreditləri üzrə faiz dərəcəsi 20%-dən 16%-ə, mikro – 12%-dən 11%-ə düşürülüb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Turanbank” və “Xalq Bank”dadır.

Avtomobil kreditləri – “NBC Bank” 

Təmir kreditləri – “Bank Nikoil” 

Lombard kreditləri – “Amrahbank” 

Ən sərfəli kredit üçün müraciət et

Mikro kreditlər – “Bank Respublika” 

Kiçik və orta biznes kreditləri – “AG Bank”  

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:

 

Report.az