“Atəşgah” SŞ telesəhiyyə xidmətini davam etdirir! | Banco.az

“Atəşgah” SŞ telesəhiyyə xidmətini davam etdirir!

Bildiyiniz kimi, son aylarda dünyada, eləcə də Azərbaycanda Covid-19 infeksiyasının yayılması ilə əlaqədar, ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunmuşdur.

Karantin rejimində bir çoxları, səhhətində yaranan hər-hansı bir narahatçılıqları müayinə etmək üçün insanların daha çox toplaşdığı müalicə mərkəzlərinə müraciət etməkdən çəkinirlər. Lakin, vaxtında müayinə olunan kiçik bir narahatçılığın gələcəkdə ciddi bir səhhət pozulmasına çevrilməsinin qarşısını alacağını anlayan “Atəşgah” SŞ, müştərilərin sağlamlığını və təhlükəsizliyini düşünərək, “Sphera Healthcare AZ” şirkəti ilə birgə mart ayından etibarən “Salam Doktor” layihəsi çərçivəsində start vermiş aksiyasını davam etdirir.

“Salam Doktor” layihəsi çərçivəsində müştərilər, geniş müayinə profilinə daxil olan təcrübəli həkim-terapevtlərin, həkim-pediatrların və psixoloqların məsləhətlərindən faydalana bilərlər. Ən önəmli məqam isə odur ki, bu müayinələrdən evdən çıxmadan, risk etmədən, vaxt itirmədən, tamamilə ödənişsiz yararlanmaq olar. Bunun üçün, telefon vasitəsi ilə həkimə audio və ya video zənglə müraciət etmək kifayətdir.

Həmçinin, müştərilərin rahatlığını təmin etmək üçün, online müayinə zamanı həkimin yazdığı dərman preparatlarının Bakı ş. üzrə ünvana qədər çatdırılması da təşkil olunub.

Qeyd etmək lazımdır ki, aksiyadan “Atəşgah” Sığorta Şirkətində müvafiq sığorta növləri üzrə sığortalı olan şəxslər yararlana bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Salam Doktor” layihəsi üzrə həkimlərdən onlayn məsləhət ala biləcəyiniz mövzular haqqında məlumat əldə etmək üçün link: https://ateshgah.com/dms.jpg

Aksiyanın müddəti May ayının sonunadək uzadılmışdır. Odur ki, mövcud vəziyyətdə belə, səhhətinizə qarşı diqqətli olmaq üçün hazırlanan bu xidmətdən yararlanmağa tələsin!

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram