“AtaSığorta” ASC 2019-cu ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlayıb.
Məlumata əsasən cari ilin yanvar-iyun ayları ərzində şirkətin ümumi sığorta haqqı yığımları 9,4 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 1,0 milyon manat (10%) azalıb. “AtaSığorta” ASC 2019-cu ilin 6 ayı ərzində 7,2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,2 milyon manat (80,6%) olub. Hesabat dövründə şirkətin balans mənfəəti 1,1 milyon manatdan çox olub.
Fed.az