Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzi sığorta şirkətlərinin əməkdaşları üçün daha bir təlim təşkil edib.
ASA-dan verilən məlumata görə, bu dəfəki təlim “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) imtahanlarına hazırlıq üçün nəzərdə tutulub. Ümumilikdə 7 dərsdən ibarət olan təlimdə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin əməkdaşları iştirak edirlər.
Məlumatda qeyd olunur ki, təlimin tədris proqramı Böyük Britaniyanın nüfuzlu İmtiyazlı Sığorta İnstitutunun (CII) rəsmi razılığı ilə yayımlanmış materiallarının tərcüməsi və yerli sığorta qanunvericiliyi əsasında hazırlanıb.
ASA-dan bildirilib ki, növbəti aylarda “PSS 2”, “PSS 3” və “CII” imtahanları üzrə də hazırlıq kurslarının təşkili planlaşdırılır.
Qeyd edək ki, “Peşəkar Sığortaçı Sertifikasiyası” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən hazırlanmış sertifikasiya proqramıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!