Artıq fermerlərə kiçik həcmli kreditlərin verilməsinə başlanılıb | Banco.az

Artıq fermerlərə kiçik həcmli kreditlərin verilməsinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu il Azərbaycanda aqrar sahədə nağd kreditlərin məbləği 15 mln. manatın üzərindədir və təxminən 500 fermer bu kreditlərdən yararlanıb. Onun sözlərinə görə, əsas maraqlı göstərici ondan ibarətdir ki, artıq fermerlərə banklar tərəfindən kiçik həcmli kreditlərin, yəni 20-35 min manat həcmində olan kreditlərin də verilməsinə başlanılıb: "Bu onun göstəricisidir ki, artıq banklarda təcrübə formalaşıb və onlar fermerlərə kreditlərin verilməsində maraqlıdır. Yəni əvvəllər bu rəqəmlər çox məhdud sayda, təxminən 200 min manat ətrafında dəyişən kreditlər idisə, indi kreditlər kiçik fermerlər üçün də əlçatan olub".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az