“StormX” son bir neçə gün ərzində “I Only Fly First Class” turizm şirkəti ilə əməkdaşlıq etdiyini açıqladıqdan sonra bu gün istifadəçilərin “Storm Play” tətbiqi ilə “first class” təyyarə bileti ala biləcəklərini qeyd edib.
Müştərilər xüsusi endirimlə “first class” bileti almaq üçün Storm tokenini istifadə edə biləcəklər. Həmçinin, alış-veriş etdikləri zaman qazandıqları bonuslar onlara endirimli xidmətlərdən istifadə imkanı yaradacaq.
Bu əməkdaşlıq haqqında danışan “StormX”-un CEO-su bunları bildirib:
“Kriptovalyutaların köməyi ilə satın alınan “first class” biletləri texnologiya həvəskarları, macərapərəstlər və investorlar üçün böyük bir imkandır. Burada ən diqqəti çəkən məqam “StormX”-in “I Only Fly First Class” şirkəti ilə olan əməkdaşlığıdır. Bunun sayəsində komfortlu səyahət imkanı əldə etmək daha da asanlaşacaq. Məsələn, reklam izləyərək və ya məhsul xidmətləri nəzərdən keçirməklə Storm tokeni qazanmaq olar və bu tokenlərin vasitəsi ilə “first class” biletləri əldə edə bilərsiniz”.
“I Only Fly First Class”-ın CEO-su isə bu haqda belə danışıb:
“Sərnişinlər platformamıza ənənəvi uçuşlardan fərqli olaraq lüks və rahatlıqla səyahət etmək üçün maraq göstərirlər. Bununla yanaşı, sektorda kriptovalyuta qəbul edən ilk şirkət olmağımız və artan müştərilərin sayı bizi məmnun edir. Məqsədimiz dünyadakı ən lüks, etibarlı uçuş təcrübəsi təklif etməkdir. “StormX” ilə olan əməkdaşlığımız bunu reallaşdırmağa kömək edəcək”.
Rəqəmsal valyutalarla səyahət sektoru arasında atılan bu addım həm istifadəçilər, həm də investorların istəyincə olacaq.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.