ARPA "Workshop"lar keçirməyə davam edir | Banco.az

ARPA "Workshop"lar keçirməyə davam edir

“Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş  dəyişikliklər və bundan irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar olaraq AZƏRBAYCAN MÜHASİBLƏR VƏ RİSK PEŞƏKARLARI ASSOSSİASİYASI MALİYYƏ NAZİRLİYİ VƏ VERGİLƏR NAZİRLİYİNİN TƏDRİS MƏRKƏZİNİN birgə iştirakı ilə bütün ölkə iqtisadiyyatının sahələrini əhatə edən ödənişsiz “Workshop”l keçirməyə davam edir!

 Qeyd etmək istərdik ki, “Workshop” lar ölkə  iqtisadiyyatının Sığorta, Bank, Kənd Təsərrufatı ,Tikinti, Telekomunikasiya,Neft, Turizm,Pərakəndə Satış, İstehsalat və diqər  sahələrində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.  “Workshop”lar mərhələli şəkildə həyata keçirilir və bütün Azərbaycan ərazisini əhatə edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək istərdik ki, artıq Bakıda Sığorta və Bank sektorunun fəaliyyət göstərən əməkdaşlar üçün “Workshop”lar keçirilmişdir.

“Workshop” larda iştirak etməklə ,verdiyiniz təkliflər fonunda ümumi istiqaməti və müzakirə predmeti formalaşdırılacaq və bu proses qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşdırılmasında baza rolunu oynayacaqdır.