ARPA tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə sertifikatlar təqdim olundu | Banco.az

ARPA tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə sertifikatlar təqdim olundu

ARPA tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə sertifikatlar təqdim olundu. PSS-in “Sığorta işinin əsasları” səviyyəsi 3 mərhələni özündə ehtiva edir. Hər üç mərhələni uğurla başa vuran namizədlər sertifikatla təltif olundular.

PSS Sertifikasiya proqramından peşəkar sığortaçılar, bu sahədə ixtisaslaşmış mütəxəssislər və agentlər, eləcə də sığorta sahəsinə marağı olan hər bir ali təhsilli şəxs faydalana bilər. Qeyd edək ki, ARPA tərəfindən PSS üzrə ilk imtahan 2015-ci ilin dekabrında keçirilmişdir. Bugünə qədər PSS üzrə 95 imtahan baş tutmuşdur. Ümumilikdə, cari vaxta qədər “Sığorta işinin əsasları” səviyyəsi üzrə 51 nəfər tərəfimizdən sertifikata layiq görülmüşdür.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə hazırlanan və ölkəmizdə sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn sertifikasiya proqramıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram