ARPA “Peşəkar Mühasib Sertifikatını”əldə edən mühasibləri “Peşəkar Üzvlüyə” dəvət edir | Banco.az

ARPA “Peşəkar Mühasib Sertifikatını”əldə edən mühasibləri “Peşəkar Üzvlüyə” dəvət edir

ARPA “Peşəkar Mühasib Sertifikatını”əldə edən mühasibləri “Peşəkar Üzvlüyə” dəvət edir.

AR Nazirlər Kabinetinin  2019-cu il 22 may tarixli № 237 nömrəli Qərarına – əsasən   Peşəkar Mühasib Sertifikatını əldə etmək üçün qoyulan tələblərdən biri də məhz Peşəkar Mühasib Təşkilatına üzv olmaqdır. Bu səbəbdən “Peşəkar Üzvlük” “Peşəkar Mühasib Sertifikatı”nın əldə edilməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikasında Peşəkar Mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

  1. "Peşəkar mühasib" təşkilatı kimi akkreditasiyadan keçmiş təşkilata üzv olmaq;
  2. Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək sertifikasiya imtahanında iştirak edərək sertifikat əldə etmək;
  3. Peşəkar mühasib təşkilatına üzvlük barədə sənədi və peşəkar mühasib sertifikatını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməklə reyestrdən keçmək.

Əlavə olunan link-ə keçid edərək Peşəkar Üzvlükdən keçərək ,əlavə üstünlüklərdən yararlana bilərsiniz -  https://arpa.org.az/f%C9%99rdi-uzvluk/

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdırmaq istərdik ki,  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21 Oktyabr 2019-cu il tarixli Q-02 saylı qərarına əsasən , ARPA  “Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçərək Azərbaycanda “Peşəkar Mühasib Təşkilatı”statusuna rəsmi olaraq layiq görülmüşdür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram