ARPA-nın “Sığorta üzrə Komitəsi”nin təsis iclası keçirilmişdir | Banco.az

ARPA-nın “Sığorta üzrə Komitəsi”nin təsis iclası keçirilmişdir

27 fevral 2019-cu ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) “Sığorta üzrə Komitəsi”nin təsis iclası keçirilmişdir. ARPA-nın Baş Ofisində baş tutan iclasda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yüksək ixtisaslı peşəkarları və rəhbər vəzifələri icra edən şəxslər iştirak etmişdir.

Bu müəssisələr arasında İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyi, Qala Həyat Sığorta, AtaSığorta, İpək Yolu Sığorta, Paşa Həyat Sığorta, Rəvan Sığorta, Azsığorta, Qala Sığorta kimişirkətlərin adlarını xüsusilə vurğulamaq lazımdır. İclasda ARPA İctimai Birliyinin sədri Əli Bayramov məruzəçi qismində çıxış edərək ARPA-nın sayca üçüncü Komitəsi olan Sığorta üzrə ARPA Komitəsinin yaradılmasının zəruriliyindən bəhs etmiş, Komitənin ümumi fəaliyyət istiqaməti barədə məlumat vermiş, Komitə Əsasnaməsini  iclas iştirakçılarının müzakirəsinə təqdim etmişdir. Öz növbəsində, iclas iştirakçıları da Komitə iclasının gedişində sığorta sektorunun cari vəziyyətinə dair öz mülahizələrini bildirmiş, Komitə Əsasnaməsinin təsdiq olunmasında aktiv iştirak etməkləƏsasnamənin qəbul edilməsinə nail olmuşlar.

Sığorta üzrə ARPA Komitəsinin Əsasnaməsini rəhbər tutaraq ARPA İdarə heyəti sədri tərəfindən Sığorta Komitəsinin sədri vəzifəsini yerinə yetirmək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri Rasim Həsənova həvalə edilmiş, səsvermə əsasında “Qala Sığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta departamentinin müdiri Leyla Cahangirova isə sədrin müavini vəzifəsinə təyin olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda mövcud olan sığorta sisteminin real vəziyyəti, sığorta bazarının inkişafına mane olan amillər, ümumilikdə sığorta sisteminin problemləri və onların həlli yolları müzakirələrin əsas mövzusunu təşkil etmişdir. Bununla əlaqədar olaraq, iclasda qeyd olunmuşdur ki, sığorta şirkətləri üzləşdikləri problemlər barədə mütəmadi olaraq ARPA-nı məlumatlandırmalı və birlikdə həll yolu tapmalıdırlar. Həmçinin sığorta sektorunun inkişafına töhfə verəcək təkliflərin reallaşdırılması ilə bağlı ARPA öz üzvlərinə lazımi dəstək göstərməyi öhdəsinə götürmüşdür.

ARPA İctimai Birliyinin sədri Əli Bayramov Komitə iclaslarının mütəmadi xarakter daşımasına ümid etdiyini bildirərək, ARPA-nın respublika ərazisində fəaliyyət göstərən sığorta mütəxəssislərini bir platformada birləşdirməyi hədəflədiyini, ölkə vətəndaşları ilə sığorta şirkətləri arasında qarşılıqlı inam mühitinin bərqərar olmasında dəstəkləyici funksiyanı həyata keçirəcəyini və bu sahədə ictimaiyyətin maariflənməsi üçün mütəmadi olaraq seminar və təlimlərin keçiriləcəyini qeyd etmişdir.