Arnold Şvartsenegger necə dünya ulduzu oldu? | Banco.az

Arnold Şvartsenegger necə dünya ulduzu oldu?

Tamara Mustafayeva, Banco.az

Həyatda hər kəs bu və ya digər dərəcədə uğurlu olmaq üçün çalışır. Hər kəsin uğura münasibəti də əlbəttə ki, müxtəlifdir. Bəs tanınmış şəxslərin uğurlu olmaq üçün öz xüsusi sirrləri varmı?

Banco.az bugünkü məqalədə sizinlə dünya ulduzu Arnold Şvartseneggerin uğur formulunu bölüşür.

Arnold Şvartsenegger (Arnold Schwarzenegger) bir gəcədə dünya şöhrətli bodibilder, Holivud aktyoru, tanınmış yazıçı və siyasətçi olmamışdır. O, bu gün sahib olduğu mövqeyə çatmaq üçün əzmlə çalışmalı və yüzlərlə maneəni dəf etməli idi. Bütün bu amillər ona xoşbəxtlik və məmnuniyyət hissi ilə bağlı çox şey öyrətsə də, onun uğura nail olmaq istəyən insanlara tövsiyə edə biləcəyi 5 qaydası var.

Əgər məqsədin və vizyonun yoxdursa, ömrünü bada vermiş sayılırsan – bu isə o deməkdir ki, xoşbəxt olmayacaqsan.

Mən ikinci dünya müharibəsindən sonrakı Avstriyada böyümüşəm... bu torpaqlarda təbi olaraq tənəzzül, iqtisadi çətinliklər hökm sürürdü və mən burdan xilas olmaq istəyirdim. Xoşbəxtlikdən mən bir gün məktəbdə Amerika haqqında bir sənədli film izlədim. O an başa düşdüm ki, ora məhz mənim olmaq istədiyim yerdir. Əsas sual isə o idi ki, “mən ora necə gedəcəyəm?”... çünki heç kəsin nə səyahət etməyə, nə də başqa bir şeyə pulu yox idi, ancaq bir gün bəxtim gətirdi ki, qarşıma bobidilding jurnalı çıxdı. Həmin jurnalın üz qabığında olduqca əzələli bir oğlanın, “Mister Kainat”ın şəkli var idi. Jurnalı bacardığım qədər tez bir vaxtda oxuyub bitirdim. Jurnalın üz qabığında təsviri olan həmin oğlanın İngiltərənin Lids şəhərində hansı çətinliklərlə böyüdüyünü və gündə beş saat məşq etməklə necə “Mister Böyük Britaniya”ya çevrildiyini öyrəndim. O, daha sonra “Mister Kainat” ünvanını da əldə etmişdi və oxuduqlarımdan sonra əmin oldum ki, mən qarşıma çempion olmaq hədəfi qoymalıyam və “Mister Kainat”  ünvanını əldə etmək üçün həmin oğlanın keçdiyi yollardan keçməliyəm. Odur ki, Amerikaya yollandım və filmlərə çəkilməyə başladım. Həmin andan etibarən etdiyim hər bir şey üzləşdiyim çətinliklərdən və ya hansı səylə çalışmağımdan asılı olmayaraq, mənim üçün problem təşkil etmirdi, çünki mən hədəfimin nə olduğunu bilirdim və hər şeyi çox böyük coşqunluq və həvəslə edirdim.

Ən sərfəli kredit üçün müraciət et

Hər zaman öz məqsədinizi doğru müəyyənləşdirin və görəcəksiniz ki, bundan sonra hər şey öz axarında gedir.”

Aşağıdakı videoda Arnold Şvartseneggerin nitqinin davamını izləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram