Argentina yüksək xərclərə görə pul çapını dayandırdı | Banco.az

Argentina yüksək xərclərə görə pul çapını dayandırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Argentina Mərkəzi Bankı yerli zərbxana ilə 1000 (0,98 ABŞ dolları) və 2000 (1,9 ABŞ dolları) peso nominalında əskinasların çapı üzrə müqaviləni yüksək qiymətə görə ləğv edib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin “Nacion” nəşri məlumat yayıb.

Məlumata görə, zərbxana işçiləri məcburi məzuniyyətə göndərilib.
Qəzetin mənbəsi bu qərarı ölkədə 1000 və 2000 peso əskinasların kifayət qədər tədarükü, həmçinin onların çapına çəkilən xərclərin yüksək olması ilə izah edib.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, Argentina daha böyük əskinaslara olan ehtiyacını Çindən tədarükü hesabına ödəyəcək. Belə ki, ilin sonunadək Çində çap olunmuş nominal dəyəri 20 min peso (19,6 dollar) olan əskinaslar ölkəyə gələcək. 

Qeyd olunub ki, onların buraxılması Argentinaya öz zərbxanasında olduğundan iki dəfə ucuz başa gəlib.