Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət büdcəsinə ödədiyi vəsaitin həcmini açıqlayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2015-ci ilin iyun ayında dövlət büdcəsinə 123 milyon 688 min manat vəsait ödənilib.
ARDNŞ-dən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında isə büdcəyə 728 milyon 730 min manat vəsait ödənilib.
Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 942 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2 faiz çox olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 784 min manat təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ, ingiliscə: SOCAR) – dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılıb.
anspress.com