ARDNF tender elan edib | Banco.az

ARDNF tender elan edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tibbi sığorta xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 22-dək, tender təklifi və bank təminatını isə dekabrın 1-dək təqdim etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Təkliflərə dekabrın 2-də, saat 11:00-da ARDNF-in Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasında baxılacaq. 

Mənbə: Report.az