Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 aprel tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 66,4%-i AAA reytinqli olub.
Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 16,9%-i AA, 10,1%-i A, 6,4%-i BBB, 0,2%-i qeyri-investisiya reytinqli olub.
Ötən ilin sonunda istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 68,1%-i AAA, 16,6%-i AA, 8,6%-i A, 6,5%-i BBB, 0,2%-i qeyri-investisiya reytinqli olub.
Bizi sosial şəbəkələrdən izləyin!!