ARDNF inkişaf etmiş ölkələrdə investisiyalarını artırıb | Banco.az

ARDNF inkişaf etmiş ölkələrdə investisiyalarını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 1 aprel tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Banco.az Fonda istinadən xəbər verir ki, inkişaf etmiş ölkələr üzrə bu göstərici 65%, inkişaf etməkdə olan ölkələr üzrə 13,8%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 8% təşkil edib.

Qeyd edək ki, sərmayələrin qalan hissəsi (13,2%) qızılın payına düşüb. 

1 yanvar tarixinə inkişaf etmiş ölkələr üzrə bu göstərici 64,8%, inkişaf etməkdə olan ölkələr üzrə 14,4%, beynəlxalq maliyyə təşkilatları üzrə 8,8%, qızıl üzrə isə 12% təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram