Sənədlərin elektronlaşdırılması sahəsində böyük nailiyyətlərə imza atmış ABŞ-ın "Apple" korporasiyası pasport və sürücülük vəsiqəsini də elektronlaşdırmçaq istəyir.
Texnologiya nəhəngi "Şəxsiyyəti Təsdiqetmə Texnikası" adlı iki patent almaq üçün müraciət edib.
Şirkət "iPhone" və ya "Apple Car" sahiblərinin şəxsi məlumatlarının etibarlı şəkildə saxlanması və lazım olduqda dövlət qurumlarına etibarlı şəkildə ötürülməsi üsullarını araşdırır. "Apple Pay"in vitse-prezidenti Cenifer Beili elektron sənədlərin qanuni formada qəbul edilməsi üçün prosesdə dövlətin də iştirak etməsinin vacibliyini vurğulayıb.
Report.az