Apple-in rəhbərləri səhmlərini satıblar | Banco.az

Apple-in rəhbərləri səhmlərini satıblar

Barrons maliyyə bloqu yazır ki, Appleın baş direktoru Tim Kuk daxil olmaqla, top-menecerlər şirkətin 143 milyon dollar məbləğində səhmini satıblar.

ICTnews bildirir ki, Tim Kuk 35,25 milyon dollar dəyərində 348 mindən çox səhm, marketinq üzrə vitse-prezident Fil Şiller 35,26 milyon dollar dəyərində 349 min səhm, maliyyə direktoru Luka Maestri 1,6 milyon dollar dəyərində 16.37 min səhm satıblar.

Bundan başqa, Apple'ın əməliyyatlar üzrə vitse-prezidenti Ceffri Uilyams 35,23 milyon dollar dəyərində 349 min səhm, şirkətin əsas hüquqşünası Bryus Syuell 35,39 milyon dollar məbləğində 349 min səhm satıb.

Ən sərfəli kredit üçün müraciət et

Səhmlər 5-22 sentyabr tarixlərində satılıb. Sentyabrın 2-də səhmlərin qiyməti rekord – 103,74 dollar təşkil edib. Bundan sonra səhmlərin dəyəri sentyabrın 24-də iOS 8 yeniləməsi və iPhone 6 Plus smartfonunun deformasiyası ilə bağlı problemlər fonunda 3,5% azalıb.

bizimyol.info