“Apple” 2007-ci ildən bəri öz məhsullarını simvol və yazılarla istehsal edir. Bir çoxumuz bu simvollar və yazıların nə məna daşıdığı ilə maraqlanmışıq. İphone, iPad, iPodların arxa tərəfində olan bu simvollar və işarələr təbii ki, bir məna ifadə edir. Bəs siz necə bu simvolların nə məna kəsb etdiyini düşünmüsünüzmü?
1. “FC” simvolu – “FCC”-nin qısaltması kimi qeydə alınan bu simvol iPhone'un “Federal Communications Commission”, yəni “Federal Kommunikasiya Komissiyası” ilə uyğun olduğunu göstərir.
2. "0682" və "CE" simvolları - Bu simvollar Avropaya aiddir. “0682” telefonun səlahiyyətli orqan (Cetecom İKT xidmətləri, akkreditasiya orqanı) tərəfindən təsdiqləndiyini və Avropa İttifaqı daxilində telefon satışı üçün heç bir maneə olmadığını bildirir.
3. Üzərində X işarəsi ilə qeyd edilən zibil qutusu simvolu – Apple bu simvolla tövsiyə edir ki, cihazı zibil qutusuna atmayın. Bu simvol əslində “WEEE” (Waste Electrical and Electronic Equipment) şirkətinə məxsusdur. Dünyaya zərər verən tullantıların azaldılması məqsədini daşıyır.
4. Dairə içərisində olan nida simvolu – Bu simvol Class II simsiz cihaz olduğunu bildirir. Amerika Birləşmiş Ştatları üçün bu simvol vacib olmasa da, lakin digər ölkələrin istifadəçiləri üçün vacibdir, çünki tezlik çiplərinin istifadə olunmadığı ölkələrdə cihaz işləməyəcəkdir.
Apple MacBook kompüterlərində bu simvollardan başqa iki əlavə simvol var. Birincisi VCCI (Müdaxilə üçün könüllülük nəzarət şurası) simvolu – Bu şura Yaponiya könüllü nəzarət və təsdiq orqanıdır. Bu təşkilatda kompyüterlər siqnal emissiya standartlarına riayət etmək üçün radio tezlikləri ilə təsdiqlənirlər.
İkinci simvol olan üçbucaq daxilində təsdiq işarəsi gösərilən simvoldur. Bu simvol RCM (Regulatory Compliance Mark ) olaraq bilinir. Yəni hüquqi uyğunluq işarəsidir. Bu simvol cihazın Avstraliya standartlarına uyğun şəkildə təhlükəsiz istifadə oluna biləcəyini göstərir.
Ted.az