"Apple"-a xaker hücumu edən azyaşlı | Banco.az

"Apple"-a xaker hücumu edən azyaşlı

Melburnda Apple şirkətinin serverlərinə müdaxilə ilə əlaqədar iş prosesinə start verilib. Bu mövzuda 16 yaşlı avtraliyalı şagird günahlandırılır. Bu haqda məlumatı The Age xəbər agentliyi paylaşıb.

Son ildə o, daimi şəkildə şirkətin daxili sisteminə müdaxilə edib. İşin texniki tərəfləri haqda məlumat verilməsə də balaca xaker şirkətin serverindən istifadəçilərə aid 90 GB-lıq məlumatı əldə edə bilib. O, bu “uğuru” haqda məlumatı WhatsApp vasitəsilə şirkətə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İlk əvvəl araşdırmanı özü başladan Apple şirkəti daha sonradan kömək üçün Federal Büroya müraciət edib və beynəlxalq axtarış elan olunaraq IP adresə görə avtraliyalı gəncin kimliyi ortaya çıxarılıb.

O, öz hərəkətinə səbəb kimi şirkətə olan sevgisini göstərmiş və orda işləmək üçün belə addım atdığını bildirmişdir. Məhkəmə, prosesi vəziyyətin qəlizliyini nəzərə alıb işi 20 sentyabr tarixinədək təxirə salıb.

Nəcibə Yusifova, Banco.az