Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bununla yanaşı, bir sıra suallar hələ də gündəmdədir:
Apellyasiya Komissiyasından mənfi cavab alan, amma kompensasiya almaq hüququnun olduğunu iddia edən vətəndaşlarımız növbəti mərhələdə nə edə bilərlər?
Azərbaycan qanunvericiliyinə əsasən vətəndaş komissiyanın qərarından məhkəməyə müraciət edə bilər. Məhkəmə vətəndaşımızın xeyirinə qərar qəbul etdiyi və bütüt inistansiyalar keçildiyi halda həmin şəxsə kompensasya ödəniləcək.