2013-cü ildə Rusiya Federasiyasının Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 33 mlrd. dollar təşkil edib.
Banco.az “APA-Economics-ə istinadən xəbər verir ki, bunu, MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə bu gün Bakıda keçirilən MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında MDB maliyyə-iqtisadi Şurasının koordinasiya şurasının sədri Anatoli Kazakov deyib.
O bildirib ki, bu ticarət dövriyyəsi mövcud potensialdan aşağıdır. Bunu əsas gətirən A. Kazakov əlavə edib ki, Xəzər İqtisadi Birliyinin yaradılmasının vaxtı çatıb.