“Amrahbank”ın Şəmkir filialı fəaliyyətə başladı | Banco.az

“Amrahbank”ın Şəmkir filialı fəaliyyətə başladı

 “Amrahbank”ın Şəmkir filialı, Şəmkir  şəhəri, 20 Yanvar küçəsi 13A  ünvanında fəaliyyət göstərməyə başladı. 16.08.2014-cü il tarixdə bu münasibətlə filialın açılış mərasimi təşkil olundu. 

Açılış mərasimində yerlı icra hakimiyyətinin nümayəndələri, Bankın İdarə Heyəti, filial direktorları, department direktorları və digər rəsmi qonaqlar iştirak etdilər. 

  Şəmkir filial 420 kv. metrlik sahəni əhatə etməklə müasir texnoloji avadanlıqlarla təmin edilmişdir. Filialın bütün işçi heyəti isə  müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır. 

 Şəmkir filialında həm fiziki, həm də korporativ müştərilərə etibarlı bir müttəfiq kimi bütün bank xidmətləri, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köcürmələri, Visa, Mastercard tipli beynəlxalq plastik kartlarla əməliyyatlar, valyuta mübadiləsi,  hesablaşma-kassa əməliyyatları və s. xidmətlər göstəriləcəkdir. 

Açılış mərasimini açan İdarə Heyətinin Sədri v.i.e. cənab E. C. Həsənov mərasim iştirakçılarını salamladı, yerli İcra Hakimiyyətinə yaratdıqları şəraitə görə öz minnətdarlığını bildirdi.“Şəmkir filialının fəaliyyətə başlaması “Amrahbank”ın filiallar şəbəkəsinin planlı restrukturizasiya və geolokasiya işlərinin davamıdır.  Biz əminik ki, filialımızın fəaliyyətindən  həm yerli sakinlər və həm də sahibkarlar razı qalacaqlar, müştərilərimiz onlara göstərilən xidmətlərdən məmnun olacaqlar”. 

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. 

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır. 

Hal-hazırda bankın 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.