“Morningstar Inc” agentliyi tərəfindən tərtib edilmiş reytinqdə 2013-cü ilin yekunlarına əsasən “Lord Abbett Micro Cap Growth” Fondu Amerikanın ən gəlirli fondu adını qazanmışdır. İnvestisiyaların kiçik şirkətlərə yönəldilməsi ilə məşğul olan Fond 78.6%-ə çatan gəlir səviyyəsi ilə 68% həcmində gəlir göstəricisi nümayiş etdirən “Legg Мason Opportunity” şirkətini geridə qoyub.
Fond rəhbərinin sözlərinə görə, onu ən çox maraqlandıran məsələ növbəti 7-10 il ərzində sürətlə artacağı gözlənilən şirkət səhmləridir. O qeyd etmişdir ki, hal-hazırda şirkət səhmlərinin yüksək qiyməti investorları qorxuya salıb uzaqlaşdırmaq üçün müəyyən edilmişdir. O, həmçinin bildirmişdir ki, perspektiv dövrdə səhmlərin qiymətində ucuzlaşma müşahidə olunacaqdır.
Ötən il biotexnologiya sahəsinə aid olan şirkətlərin səhmləri ən çox gəlir gətirən səhmlər sırasında idi.
Agentlik reytinqin tərtibi zamanı minimum 50 milyon dollar həcmində vəsaitə malik olan və fəaliyyət müddəti 3 ildən çox olan fondları nəzərdən keçirmişdir.
Banco.az / Sevinc İbadova